Standard & Poor’s SOCAR-a yenə 'neqativ' qiymət verdi

"SOCAR-n idman sevgisi". Karikatura. Gündüz Ağayev.

Standard & Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqinə yenidən baxıb.

Bu haqda agentliyin press-relizində bildirilir.

Agentlik SOCAR-ın reytinq proqnozunu “neqativ” olaraq təsdiqləyib.

SOCAR-ın uzunmüddətli və qısamüddətli kredit reytinqi “ВВ” olaraq təsdiq edib.

“ВВ” isə “zəif” reytinq dərəcəsi sayılır.

Buna da bax:​ Azərenerji və SOCAR-ın reytinqi salındı

Standard & Poor’s yayda müəyyən etdiyi reytinqi dəyişmədən saxlayıb.

Agentliyin press-relizində proqnozun daha da pisləşdirilə biləcəyi ifadə edilib. Ancaq agentlik maliyyə durumu ürəkaçan olmayan şirkətə mümkün dövlət dəstəyini nəzərə alaraq əvvəlki proqnozları təsdiq edib.

“Hesab edirik ki, hökumətlə bağlılığı olan şirkət dəstək ala bilər. Hökumət xüsusi dəstək nümayiş etdirə bilər. Bu SOCAR-ın çox mühüm qurum olmasından irəli gəlir”, deyə agentliyin məlumatında bildirilir.

Buna da bax: Standard & Poor’s-dan bədbin proqnozlar

Xatırlatma

Standard & Poor’s SOCAR-ın reytinq proqnozuna bundan öncə avqustda baxmışdı. O zaman SOCAR-ın proqnozu “stabil”dən “neqativ”ə endirilmişdi.

Standard and Poor's o zaman SOCAR-ın uzunmüddətli və qısamüddətli kredit reytinqini də “ВВ”-yə endirmişdi.

“ВВ” “zəif” reytinq dərəcəsi sayılır.

O zaman proqnozun aşağı salınması ölkə iqtisadiyyatının zəifləməsi ilə izah edilmişdi.

Buna da bax: Nazirlikdən «Standard&Poor’s»a cavab

Hələ bu ilin əvvəlində SOCAR-ın 6 milyard dollardan çox borcunun olduğu bildirilmişdi.