İlham Əliyevin dediyi ki, "tarifləri varlılar üçün artıraq ki, kasıblara sosial müdafiıəni gücləndirək" - yaxşı səslənir, ancaq...
Prezident deyir ki, Azərbaycanda kommunal tariflər qonşu ölkələrdən bir neçə dəfə aşağıdır. Bu, həqiqətə uyğundurmu?
Bəs Azərbaycandakı elə o köhnə tariflər Azərbaycandakı maaşlara uyğun gəlirmi? Camaatın xeyli hissəsi o işıq, qaz pulunu verə bilirmi?
Varlılara gəlincə... İlham Əliyev deyir "tarifləri varlılar üçün artıraq ki, kasıblara sosial müdafiəni gücləndirək"
Varlılar niyə hökumətin problemlərinin ya səhvlərinin altını çəkməlidir?
İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, avtoritar rejimlərdə hökumət vətəndaşların maraqlarının əleyhinə qərar çıxaranda bunu onların maraqları üçün etdiyini dilə gətirir.
Ekspert bildirir ki, kommunal xidmətlərin qiymətinin artması vətəndaşların sosial müdafiəsini gücləndirəcəyi barədə ehtimallar məntiqsizdir. Zöhrab İsmayıl deyir ki, hökumət hansısa qərar qəbul edəndə gərək əhalinin sosial vəziyyətini nəzərə alsın. Onun sözlərinə görə kommunal tarifləri digər ölkələrlə müqayisə edəndə hökumət gərək başqa ölkələrin əmək haqqısı ilə Azərbaycandakı orta aylıq əmək haqqının da müqayisəsini aparsın.
Ekspert bildirir ki, hazırda Azərbaycanda orta aylıq əmək haqqı regionda hətta heç bir təbii resursları olmayan Ermənistandakı orta aylıq əmək haqqından da aşağıdır.
Sizin brauzer HTML5-i dəstəkləmir
İqtisadçı ekspert Vüqar Bayramovun kommunal xidmətlərin qiymətlərin artırılmasından 300 milyon manat dövlət büdcəsi qazanacaq.
Onun sözlərinə görə gələcəkdə Azərbaycanda inkişaf etmiş ölkələrdə olduğu kimi diferensiallaşdırma aparılmalıdır. Bu kommunal xidmətlərdə tariflərin optimallaşdırılmasına gətirib çıxara bilər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Milli Məclisin deputatı Vahid Əhmədov deyir ki, kommunal qiymətlərdə limitlərin tətbiqi ilə bağlı olan son dəyişikliklər müəyyən qədər insanların həyat şəraitinə və sosial müdafiəsinı müsbət təsir göstərəcək.
Deputat bu cür atılan addımları müsbət addımlar kimi xarakterizə edir və bildirir ki, bu da ondan irəli gəlir ki, xalqın vəziyyətinin müəyyən qədər çətinliyini nəzərə alaraq belə sosial addımlar həyata keçirilir. Deputat prezidentin digər ölkələrdə kommunal tariflərin Azərbaycandan baha olmasına dair fikirləri ilə də razıdır.
Sizin brauzer HTML5-i dəstəkləmir