2017-ci il yanvarın 1-dən etibarən icra qurumları bələdiyyə torpaqlarına rəy verməyəcəklər.
Halbuki, Bakıda bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək icra hakimiyyəti qurumları rəy verirdilər.
Buna da bax: 'Bələdiyyə sahibkarlıq fəaliyyətimə mane olur'
Prezident İlham Əliyevin dekabrın 30-da imzaladığı “Bakıda mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” fərmanında bu məsələ öz əksini tapıb.
Fərmanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar, bələdiyyələrə isə tövsiyələr yer alıb.
Buna da bax: Torpağı əkməməyin cəriməsi kəskin ağırlaşdı
Sənədə görə, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti gələn il martın 1-dək Bakının peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin etməlidir.