İntihar etdyi deyilən tanınmış psixoloq dəfn olundu- VİDEO

Sizin brauzer HTML5-i dəstəkləmir

Dəyanət Rzayev dəfn olundu

Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb.

APA bu xəbəri Yasamal Rayon Prokurorluğuna istinadən yayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Xəbərə görə, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi yönündə tədbirlər davam etdirilir.

46 yaşlı Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov, 185) yerləşən evində aşkarlanıb. D.Rzayevin özünü kəmərlə boğaraq intihar etdiyi düşünülür.

Hadisədən öncə D.Rzayevin yazdığı məktubun tapıldığı bildirilir. Verilən xəbərə görə, o bu qərarda heç kimin günahlandırılmamasını istəyib.

A.İsazadə: «Psixoloqların da intihar riski var»

Dəyanət Rzayev

«Psixoterapevt Dəyanət Rzayevin ölümünə konkret nəyin səbəb olduğunu deyə bilmərəm. Amma bu peşə sahiblərinin arasında da intihar riski həmişə var».

Bunu AzadlıqRadiosuna psixoloq Azad İsazadə bildirib.

A.İsazadə deyir ki, psixoloqlar, psixoterapevtlər daim mənfi emosiyalarla yüklənirlər: «Bəzən elə olur ki, öz işindən, peşəndən, fəaliyyətindən, sadəcə, bezirsən. Bax, belə bir təhlükəni bu peşə sahibləri yaşayır».

Onun deməsinə görə, bu məqam «yanma sindromu» adlandırılır. Ancaq A.İsazadə fikirlərinin konkret D.Rzayev ilə bağlı olmadığını qeyd edir: «Dediklərim D.Rzayevə aid deyil. Ümumiyyətlə, bu peşə sahiblərinin fəaliyyəti ilə bağlıdır».

XATIRLATMA

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, ötən ilin 9 ayı ərzində Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb.

Ekspertlər Azərbaycanda intiharlarla bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə, bir çox hallarda rəsmi qurumlar intiharların gerçək səbəblərini gizlədirlər.