«2013-cü ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında Christoph Strässer-in hazırladığı hesabatın qəbul edilməməsindən ötən 4 il ərzində Azərbaycanda siyasi azadlıqlar və demokratik institutların müdafiəsi ilə bağlı vəziyyət daha da pisləşib».
Bu sözlər Azərbaycan Siyasi Məhbuslar üzrə İşçi Qrupun AŞPA rəhbərliyinə, qurumun insan haqları üzrə komitələrinə göndərdikləri müraciətdə yazılıb.
Müraciətdə vurğulanır ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı ətraflı və obyektiv araşdırma məqsədilə AŞPA yeni məruzəçi təyin etməlidir. Onun ölkəyə gələ bilməsindən ötrü hüquqi imkanlar yaradılmalıdır.
Yeni məruzəçi ilə nə dəyişəcək?
Müraciətin müəlliflərindən biri, hüquq müdafiəçisi Anar Məmmədli deyir ki, elə bir məruzəçi istəyirlər ki, onun fəaliyyətinə heç bir sədd qoyula bilməsin. Hüquq müdafiəçisi bildirir ki, 2013-cü ildə Ştrasserin AŞPA-ya təqdim etdiyi hesabatın səsverməsinin nəticələri ilə bağlı hazırda araşdırma aparıldığından onlar bu məsələni yenidən gündəmə gətirmək istəyiblər.
Anar Məmmədli onu da qeyd edir ki, ölkədə siyasi məhbusların sayı azalmadığından beynəlxalq təşkilatlar qarşısında bu problemin daim qaldırılmasına ehtiyac var.
Sizin brauzer HTML5-i dəstəkləmir
Müraciətdə imzası olmayan hüquq müdafiəçisi Arzu Abdullayeva bir sıra hüquq müdafiəçilərinin belə bir müraciət hazırlamasını normal qarşıladığını desə də, bəzi şübhələri var.
O deyir ki, bunun üçün keçmişə və gələcəyə baxmaq lazımdır. Hüquq müdafiəçisi bunu onunla əsaslandırır ki, AŞPA-nın mexanizmi dəyişməyib. Arzu Abdullayeva deyir ki, bu, problemin mahiyyətinə elə bir təsir etməyəcək.
Sizin brauzer HTML5-i dəstəkləmir
Müraciətlə imzası olmayan hüquq müdafiəçisi Leyla Yunus həmin müraciətdə göstərilənlərlə tam razı olduğunu bildirir. Hüquq müdafiəçisi AŞPA-dan siyasi məhbuslarla bağlı yeni məruzəçi istənilməsi fikri ilə razılaşdığını qeyd edir. Leyla Yunus deyir ki, yeni məruçəzi təyin olunsa, onunla əməkdaşlıq etməyə hazırdır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Milli Məclisin üzvü, deputat Yevda Abramov deyir ki, neçə illərdir həmməruçəçinin kim olmasından asılı olmayaraq həmin şəxslər birtərəfli, Azərbaycana qarşı mövqe sərgiləyirlər.
Onun sözlərinə görə həmməruzəçilər heç vaxt doğru məlumat verməyiblər və ancaq bir qütbdə olan insanlarla görüşüblər. Deputat qeyd edir ki, qərəzli mövqe ortaya qoymayan, obyektiv həmməruzçəinin təyin olunmasını onlar da arzulayır. Amma Milli Məclisin üzvü bəzən həmin qərəzli məlumatları hüquq müdafiəçilərinin özlərinin ötürdüyünü də vurğulayır.
Sizin brauzer HTML5-i dəstəkləmir