Dini ekstremizmdə şübhəli sayıldığı bildirilən Azərbaycan vətəndaşı Ceyhun Ocaqovun tutulması məqsədi ilə yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xüsusi əməliyyat keçirib.
Bu haqda DTX xəbər verir.
Buna da bax: 60-a yaxın Azərbaycan vətəndaşı terrorçulara qoşulub
Əməliyyat zamanı C.Ocaqovun silahlı müqavimət göstərdiyi, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupunun xidməti silahdan istifadə etdiyi iddia olunur.
DTX silahdan istifadənin qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirildiyini, C.Ocaqovun öldürüldüyünü bildirir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Buna da bax: Xüsusi əməliyyatlar zamanı bilgi almaq çətinləşdi
C.Ocaqovun yaxınları xəbərlə bağlı, hələlik, hər hansı açıqlama verməyiblər. Əməliyyatın video görüntüləri də ictimaiyyətə təqdim edilməyib.
Ötən il dekabrın 3-də DTX “Binə” ticarət mərkəzi yaxınlığında Bakı sakini Emin Əzizağa oğlunun öldürüldüyü barədə də məlumat yaymışdı.