Standard & Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutadakı uzunmüddətli kredit reytinqini «BB+/B» səviyyəsində qiymətləndirib.
Reytinq proqnozu “neqativ” səviyyəsində qalıb.
Agentliyin saytında qeyd edilir ki, Azərbaycanda institusional sistem səmərəli deyil.
Buna da bax: SOCAR və ABƏŞ 'Azəri-Çıraq-Günəşli' üzrə yeni planlarını açıqladı
“Bundan başqa, iqtisadiyyat əvvəlkitək zəif xarici iqtisadi şəraitə uyğun korrektə olunur, tədiyə balansına təzyiq isə qalır”, deyə hesabatda bildirilir.
İqtisadi artımın zəif olacaq
Agentliyin ekspertləri bildirir ki, Dövlət Neft Fondunda (DNF) xarici valyuta ehtiyatının çox olması ilə bağlı hökumətin fiskal mövqeyi güclüdür.
“Neqativ” proqnoz yaxın 6-12 ayda xarici iqtisadi göstəricilər və iqtisadi artımın zəif olacağı riskini əks etdirir.
Buna da bax: Standard & Poor’s SOCAR-a yenə 'neqativ' qiymət verdi
“O, həmçinin bank sektorundan ötrü risklərin mümkün güclənməsi və ya siyasi səbəbdən xərclərin saxlanmasının problemli olması nəticəsində hökumətin fiskal çevikliyinin azalmasını əks etdirir”, deyə hesabatda bildirilir.
Agentliyin ekspertlərinin fikrincə, neftin daha ucuz və ya dəyişən qiyməti şəraitində Azərbaycandan ötrü proqnoz hökumətin islahatlar proqramı, biznes mühitin yaxşılaşdırılması, iqtisadi şaxələndirmə ilə müəyyən ediləcək.
“Hazırda struktur islahatlarının tempini və səmərəliliyini çox aşağı hesab edirik”, deyə hesabatda bildirilir.