Rusiyanın maliyyə nazirliyi rublun təxminən 10 faiz devalvasiya edilməsini təklif edib.
Bu barədə yanvarın 30-da “Kommersant” qəzeti və Reuters agentliyi məlumat yayıblar.
Nazirlik hesab edir ki, rublun dollara nisbətdə illik məzənnəsi, neftin barelinin 40 dollar müqabilində orta hesabla 69,42 rubl olmalıdır.
Nazirlik qeyd edir ki, əgər neftin bareli 55 dollar olsa büdcə kəsiri daxili məhsulun 1,5 faizini təşkil edəcək.
Belə halda eytiyat fondundan xərclər 464 milyard rub olmalıdır.
Nazirlik həmçinin qeyd edib ki, xəzinədarlıq hesabına daima ehtiyatlar alınsa, onda büdcə kəsiri 0,7 faiz olacaq.
Belə halda ehtiyat fondu 241 milyard rubl artacaq, rublun dollara nisbətdə məzənnəsi isə 10 faiz azalaraq 64,9 rub olacaq.