Mobil nömrə satışında yenilik

Mobil telefon və nömrə satışı.

“Fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni onlayn sistem üzrə aparılır”.

Azercell Telekom MMC-nin məlumatında belə yazılır.

Azercell bunun Nazirlər Kabinetinin və ölkə başçısının müvafiq qərarları ilə bağlı olduğunu bildirir.

Buna da bax:​ SİM kart alan barmaq izini verəcək

“Azercell-in nömrə satışı dayandırılmamışdı və adi qaydada aparılırdı. Çünki bütün Azercell diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyatı mövcud idi və satışları ehtiyatlarımız hesabına həyata keçirirdik. Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməməsi müvəqqəti olaraq dayandırılmışdı. Yanvarın 31-dən isə satış yeni sistemlə davam edir”, Azercell bildirir.

Azercell yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar sualları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlamağı tövsiyə edib.

Buna da bax:​ Başqasının adına mobil nömrə almaq olmaz

Yeni nömrə satışı sisteminin detalları ilə bağlı, hələlik, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Nazirlər Kabineti bir müddət öncə “Operatorlar tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik etmişdi.

Buna da bax: Hökumət mobil nömrələrə nəzarəti gücləndirir

Həmin dəyişiklikdə sabit və mobil telefon nömrələrinin aktivləşdirilməsinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi üzərindən, onlayn rejimdə həyata keçirilməsi də nəzərdə tutulurdu.