Fevralın 7-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.
Hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1.8251 səviyyəsində formalaşıb. Bu barədə baş bankdan məlumat verilib.
Fevralın 2-si, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.9111 manat müəyyən olunmuşdu. Fevralın 6-sı isə Mərkəzi Bank fevralın 7-nə görə dolların məzənnəsini 1.8769 manat müəyyən etmişdi.
Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.
Son həftələr manat dollara nisbətən dəyər qazanır.