Beynəlxalq Amnesty İnternational təşkilatı Azərbaycan hakimiyyətini bu günlərdə sərhədi qanunsuz keçdiyinə və ərazi bütövlüyünə yönəlik çağırışlara görə Belarusdan ekstradisiya edilən bloqqer Alexander Lapshini azad etməyə çağırıb.
Amnesty İnternational-ın bəyanatında qeyd edilir ki, Lapshin ədalətsiz məhkəmə təhqiqatına məruz qala bilər. Buna görə o, azad edilməli, cinayət təqibinə isə xitam verilməlidir.
Buna da bax: Novruz Məmmədov: 'Lapşin məsələsini siyasiləşdirmək lazım deyil'
A.Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.
Həmin qərar fevralın 7-si gecə icra edilib.
A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.
Buna da bax: İsrail səfirliyinin nümayəndələri Lapshinlə görüşüb