Türkiyə bayrağı altında üzən neft tankerinin Liviyada zəbt edildiyi bildirilir.
“Daniz Haber Ajansi”nın martın 2-də verdiyi məlumata görə, tankerdə 11 heyət üzvu olub.
Agentliyin məlumatına görə, “Haci Telli” tankeri fevralın 11-də Türkiyənin Tuzla limanından Maltanın Valetta limanına gedirmiş.
Gəmi fevralın 24-də Liviyanın Zuara limanına yetişəndə, 6 nəfər silahlı adam mühavizəçilər qismində gəmiyə qalxıb ki, bu belə hallarda standart qaydadır.
Amma bir qədər sonra onlar gəminin zəbt etdildiyini bəyan ediblər.
Hazırda 11 nəfərin girov saxlandıqları bildirilir.
Agentliyin məlumatına görə, gəmini icarəyə götürən şirkətin, bundan əvvəl aldığı neftə görə Liviya limanına 433 min dollar borcu varmış.
Tankeri ələ keçirənlər heyət üzvlərini buraxmamaq, borcun qaytarılmayacağı halda gəmini doğrayıb satmaqla hədələyirlər.
Amma agentlik icarəçinin artıq bu borcun 280 min dollarını ödədiyini xəbər verir.
KİV-lərin məlumatına görə, Tankerin məxsus olduğu “Transpasifik Denizcilik” şirkətinin vəkilləri Liviya limanına yollanıblar.
“Marine Traffic” portalının məlumatına görə, 2009-cu ildə istismara verilən gəminin uzunluğu 81 metrdən çox, yükgötürmə qabiliyyəti isə 2818 tondur.