Prezident İlham Əliyev bu gün, martın 2-si IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
İslam Oyunlarına gəlirsən? Viza lazım deyil…
Sərəncama əsasən, Nazirlər Kabineti bir ay müddətində oyunların təşkilində və keçirilməsində iştirak edən şəxslərin, iştirakçılarının akkreditasiya sisteminin təşkilindən ötrü müvafiq tədbirlər görməlidir.
Akkreditasiya olunacaq şəxslərin dairəsi müəyyən olunmalı, akkreditasiya qaydası, kartının forması təsdiq olunmalıdır.
Buna da bax: ECO Azərbaycanı dəstəkləyir
Qaydalar əcnəbilərə aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri, akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ bilmək imkanı verməlidir.
Oyunların təşkili və keçirilməsi ilə bağlı Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən iş icazəsi almaları tələb olunmayacaq.
Sərəncama uyğun olaraq Xarici İşlər Nazirliyi (XİN) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumatı səfirliklər, konsulluqların internet informasiya ehtiyatları vasitəsilə yaymalıdır.
Buna da bax: İslam Həmrəyliyi Oyunlarında4 minə yaxın idmançı iştirak edəcək
Dövlət Miqrasiya Xidməti isə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarını sadələşdirməlidir.
Formula 1-ə gələnlərin viza almasına akkreditasiya kifayət edəcək
Ölkə başçısı martın 2-si həmçinin, 2017 - Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı da oxşar sərəncam imzalayıb.
Sərəncam həmin yarışla əlaqədar Azərbaycana gələcək əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən ötrü viza prosedurlarının sadələşdirilməsi haqqındadır.
Buna da bax: Qarabağ atları İslam Oyunlarının rəsmi maskotları oldu
Sərəncama görə, Qran-Pri yarışları ilə əlaqədar Azərbaycana gələnlər 2017-ci il mayın 15-dən iyulun 15-dək XİN-in Konsulluq İdarəsinin beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər.
Akkreditasiyadan keçməni təsdiq edən kart viza verilməsindən ötrü kifayət edəcək.
Bu il Azərbaycanda həm IV İslam Həmrəyliyi Oyunları və həm də Formula 1 Azərbaycan Qran-Pri yarışı keçiriləcək.
Buna da bax: İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?
Bu ilin dövlət büdcəsində bu yarışların təşkili ilə bağlı ümumilikdə 300 milyon manatdan çox vəsaitin ayrıldığı bildirilir. Müxalifət həmin pulların belə yarışların təşkilinə xərclənməsini düzgün saymır. Onlar hesab edirlər ki, bu pullar əhalinin yoxsul təbəqəsinin sosial problemlərinin həllinə yönəldilməlidir.
Hökumət rəsmilər isə belə yarışlarla Azərbaycanın xaricidə müsbət imicinin formalaşdığını düşünürlər.