Prezident və birinci vitse-prezident açılışda

İ.Əliyev və M.Əliyeva

Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Ürək Mərkəzinin açılışı olub.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Xəbərdə qeyd edilir ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar, mərkəzin kollektivi ilə görüşüblər.

XATIRLATMA

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib.

Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.

Prezident İlham Əliyev fevralın 21-də Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib. M.Əliyeva prezidentin həyat yoldaşıdır.

Müxalifət bu təyinatı hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirib. Hakimiyyət isə bunu islahat kimi təqdim edir.