Yol qəzasında ölənlərin sayı 5-ə çatıb [Video]

Qəza

Bu gün, martın 9-u Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib ki, mikroavtobusda 28 nəfər şəxs olub. Onlardan 3-nün xəsarəti yüngül olduğundan evə buraxılıb. Qalanları isə xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti orta-ağır dəyərləndirilir.

Ölənlərdən iksinin Sumqayıt Dövlət Universitetinin tələbəsi olduğu bildirilir.

Bunu universitetin mətbuat xidmətindən də AzadlıqRadiosuna təsdiq ediblər.

+++

Bu gün, martın 9-u Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.

«Ford» markalı mikroavtobus yolun kənarındakı dəmir yolayrıcına çırpılıb. Nəticədə ölən və yaralananlar var.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən hadisə nəticəsində 3 nəfərin öldüyü təsdiq edilib. Daha geniş məlumatın hazırlanacağı bildirilib.

Qəzada 20-ə yaxın şəxsin isə müxtəlif dərəcədə xəsarət aldıqları bildirilir.

Hadisə yerində indi hüquq-mühafizə orqanları araşdırma aparır.