Bakı-Gəncə-Bakı ekspress qatarı dayanır

Qatar

Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkəti bir ay müddətinə dayandırılır.

Bu haqda AzadlıqRadiosuna «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən deyiblər ki, bir sıra səbəblərdən irəli gələrək 608/607 saylı Bakı- Gəncə-Bakı ekspress qatarının dayandırılmasına qərar verilib: «Birinci, müştəri sayı az idi, bununla da iqtisadi səmərəlilik yox idi. Digər tərəfdən isə yolda təmirlə bağlı gecikmələr olurdu. Bütün bunlar nəzərə alınaraq qərar verildi».

Mətbuat xidmətindən bildiriblər ki, Bakı-Gəncə ekspress qatarı aprelin 7-dən, əks istiqamətə isə aprelin 8-dən dayandırılır.

Bakı-Gəncə-Bakı ekspress qatarı 2011-ci ilin dekabrından fəaliyyətə başlamışdı.

Bakı-Gəncə-Bakı qatarında qiymət 17 manata yaxındır. Bura Əlavə Dəyər Vergisi (ƏDV), yataq dəsti xərcləri və komisyon yığımı əlavə edilir.