Yükdaşıma 12.4 faiz bahalaşıb

Yük

Bu ilin yanvar-mart aylarında ötən ilin analoji dövrü ilə müqayisədə nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12.4 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin açıqlamasında belə yazılır.

Komitə bildirir, fevrala nisbətdə mart ayında yükdaşıma qiymətləri 2.5 faiz ucuzlaşıb.

Məlumatda qeyd edilir ki, ölkələrarası yükdaşıma qiymətləri dəmiryol və hava nəqliyyatında 2.7, dəniz nəqliyyatında isə 3 faiz ucuzlaşıb.

Komitə bildirir ki, əksinə, avtomobil nəqliyyatında 8 faiz bahalaşma qeydə alınıb. Ölkə daxilində yükdaşıma qiymətləri sabit qalıb.