Bu ilin yanvar - mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz bahalaşıb.
Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.
Bahalaşma əksər sahələri əhatə edib.
İstehsal qiymətləri mədənçıxarma sənayesində 83,3, emal sənayesində 38,3, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində də 58,1 faiz bahalaşıb.
Buna da bax: 'İkili mühasibat ölkəsi'
Mart ayında fevralla müqayisədə də istehsalçı qiymətlərində dəyişiklik olub.
Son bir ayda sənaye məhsullarının istehsalçı qiymətlərinin 6,3 faiz ucuzlaşdığı bildirilir.
Komitə martda digər sahələrdə bahalaşmanın qeydə alındığını bildirir.
Rəsmi məlumata görə, qida məhsullarının istehsalı üzrə bahalaşma cəmi 1,4 faiz olub.
Buna da bax: Yükdaşıma 12.4 faiz bahalaşıb
İstehsalçı qiymətləri poliqrafiya fəaliyyəti üzrə 9, geyim istehsalı üzrə 6,5, toxuculuq sənayesi üzrə 4,5, kompüter avadanlıqların istehsalı üzrə isə 1,3 faiz bahalaşıb.