Son illərdə aparılmış monitorinqlər zamanı hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum məzar müəyyən edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aprelin 27-də yayılan məlumatında belə yazılır:
Buna da bax: Azı 3801 nəfər itkin sayılır
“Dağlıq Qarabağ münaqişəsi zamanı intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri məsələsi Komissiyanın fəaliyyət sahəsinin tərkib hissəsidir”.
Komissiya itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi sahəsində işləri davam etdirdiyini bildirir.
Məlumatda naməlum məzarların aşkarlandığı ərazilərdə abadlıq işlərinin aparıldığı açıqlanıb.
Buna da bax: Azərbaycan əsgəri əsir götürülüb? [yenilənib]
Komissiya onu da bildirir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə imzalanmış çərçivə sazişinə əsasən, hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji (DNT) nümunələrin toplanması işi də davam etdirilir.
Komissiyada 3868 şəxs itkin kimi qeydiyyatdan keçib. Qarabağ münaqişəsi dövründə 1437 şəxsin isə əsir və girovluqdan azad edildiyi bildirilir.