Bu gün, mayın 5-i Bakıda «Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar» mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilir.
Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə gerçəkləşib .
Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
Ümumilikdə beynəlxalq tərəfdaşlarla birgə bu forum çərçivəsində 40-a yaxın sessiya və tədbir reallaşacaq.
Foruma aid tədbirlər hələ dünən, mayın 4-dən başlayıb.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda 2011-ci ildən etibarən iki ildən bir keçirilir.