Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bu gün, mayın 5-də məlumat yayıb.
“Ermənistan Silahlı Qüvvələrinin xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırdıqları barədə dəqiq məlumat əldə edilib. Görülən effektiv və önləyici tədbirlər nəticəsində bu plan vaxtında aşkar olunub” - deyə məlumatda vurğulanır.
Buna da bax: XİN: Ermənistanın cinayətləri öz hüquqi qiymətini almalıdır
Müdafiə Nazirliyi bildirir ki, bütün cəbhə boyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarətimiz altındadır.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Buna da bax: Həmsədrlər Bakıda olanda cəbhədə Azərbaycan əsgəri həlak olub
2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.