Həbsdəki bloqqerə şəxsiyyət vəsiqəsi verilir

Mehman Hüseynov

Mayın 6-sı Vəkil Elçin Sadıqov14 saylı Cəzaşəkmə Müəsisəsində saxlananbloqqer Mehman Hüseynovla görüşüb.

Bu barədə vəkilin özü məlumat yayıb.

“ Əhvalı yaxşıdır, hər kəsə salamı var. Karantindən çıxıb, ona görə də saxlanma şəraitinə, hələ ki,münasibət bildirmək tezdir”

Vəkil xatırladıb ki, bir neçə gün əvvəl onun istəyi ilə Ombudsman Mehman Hüseynova şəxsiyyət vəsiqəsi verilməsindən ötrü Daxili İşlər Nazirliyinə (DİN)) müraciət edib.
“ Eyni zamandaDİN-ə, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətəmüraciət etmişəm.Artıq, bloqqer ərizə blankı doldurulub. Üstəlik, şəxsiyyət vəsiqəsindən ötrü bloqqerinşəkili də çəkilib. Yaxın günlərdə Mehman Hüseynova şəxsiyyət vəsiqəsinin veriləcəyi gözlənilir."

M. Hüseynovun şəxsiyyət vəsiqəsini, hələ, 5 il əvvəlSəbayel Rayon Polis İdarəsi almışdı. Bloqqer dəfələrlə müraciət etsə də onun şəxsiyyət vəsiqəsini geri verilmirdi.

Ombudsman E .Süleymanovadaxili işlər naziri R.Usubovdan xahiş edib ki, bloqqerin şəxsiyyət vəsiqəsi ilə bağlı durum araşdırılsın və müvafiq tədbir görülsün.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı Apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.