Bank əmanətləri bir ayda 190 milyon azalıb

Manat

Bu il aprelin 1-nə olan göstəricilərə görə, əhalinin banklarda 6 milyard 911 milyon manat məbləğində əmanət var.

Əmanətlərin həcmində azalma olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə əmanətlərin həcmində azalma 977 milyon manat təşkil edib.

Buna da bax:​ Xarici valyutada olan əmanətlər azalıb

Bir ay əvvəlki göstəricilərlə müqayisədə də azalma var. Fevralla müqayisədə əmanətlərin həcmindəki azalma 190 milyon manat göstərilir.

Ekspertlər hesab edirlər ki, əhalinin getdikcə banklara inamı azalır. Ona görə də əmanətlərini geri çəkirlər.