Problemli kreditlər artmaqdadır

Manat

Aprelin 1-nə olan məlumata görə, Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 590 milyon manatı ötüb.

Bu barədə Mərkəzi Bank (MB) məlumat açıqlayıb.

Bir ay əvvəllə müqayisədə problemli kreditlər 33,9 milyon manat çoxalıb.

Buna da bax:​ 'Bank müştərilərinin yeni çətinlikləri'

Martın 1-də belə kreditlərin ümumi məbləği 1.556 milyard manat olmuşdu. Həmin vaxt problemli kreditlərin kredit qoyuluşlarındakı ümumi payı 9,8 faiz idi.

Hazırda bu pay 10,2 faizə qədər yüksəlib.

Bir il əvvəl 2016-cı ilin aprelində isə problemli kreditlərin ümumi kredit qoyuluşlarındakı payı cəmi 6,7 faiz idi.

Buna da bax: Məhkəmələrdə kreditlərə görə 280 min iş var

Bəzi ekspertlər bu rəqəmlərə belə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, problemli kreditlərin həcmi daha yüksəkdir.