Kremlə bağlı milyarder «The Associated Press» (AP) informasiya agentliyini defamasiya və böhrana görə məhkəmə verib. Səbəb agentliyin onun ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəriylə biznes əlaqələrindən yazmasıdır.
Alüminium maqnatı Oleg Deripaska mayın 15-də Vaşinqton məhkəməsinə müraciət edib. İddiada bildirib ki, AP martda onun Paul Manafort-la əlaqələri haqda yazaraq onu cinayətdə suçlayıb və bu yalandır.
Agentlik yazdığının arxasında durduğunu deyir.
Həmin məqalədə deyilirdi ki, bir neçə il öncə Deripaska üçün işləyən Manafort ABŞ, Avropa və keçmiş sovet məkanında siyasətə, biznes sövdələşmələrinə, xəbərləmə işinə təsir göstərəcək plan təklif edib. Bu plan Rusiya prezidenti Vladimir Putin-ə xidmət edəcəkdi.
Həmin məqalədən sonra Deripaska ABŞ qəzetlərində reklamlar yerləşdirib, AP-ni ona qarşı «kütləvi və yanlış kampaniya» aparmaqda ittiham edib.
Manafort ötən ilin avqustunda Trump-ın kampaniyasından istefa verib. Onun Ukraynadan siyasi partiyadan qanunsuz olaraq pul aldığı iddia olunurdu.