Büdcə icrasında 368 milyon manat kəsir

Büdcə

2017-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 21.9 milyon manat, xərcləri isə 5 milyard 390 milyon manat təşkil edib.

Büdcənin icrasında 368.1 milyon manatlıq kəsir yaranıb. Bu, ümumi daxili məhsulun 1.8 faizinə bərabərdir.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri isə 16 milyard 600 milyon manat nəzərdə tutulur. Bu, son 10 ilin ən kiçik büdcəsi hesab edilir.