Qax rayonundakı Damazlıq İpəkçilik Stansiyası bərpa edilir.
Bu prezident İlham Əliyevin mayın 19-da imzaladığı “Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda nəzərdə tutulur.
Sərəncama əsasən, prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılacaq.
Buna da bax: Azərbaycan Çindən tut ağacı tingi alır
Həmin vəsaitin Qax Damazlıq İpəkçilik Stansiyasının bərpasına, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunmasına sərf edilməsi nəzərdə tutulur.
İpəkçiliyin inkişaf etdirilməsi, hələ ötən ildən hökumətin diqqət mərkəzinə gəlib.
SSRİ-nin dağılmasından sonra ilk dəfə ötən ilin aprelində Qax Damazlıq İpəkçilik Stansiyasında yenidən barama qurdunun yetişdirilməsinə başlanılıb.
Buna da bax: Azərbaycanda ipək istehsalından əsər-əlamət qalmayıb
İlkin mərhələdə İran İslam Respublikasından tədarük edilmiş 750 qutu barama toxumu inkubasiyaya qoyulub. Ardınca isə Çindən gətirilmiş daha 750 qutu barama toxumunun inkubasiya prosesinə başlanıb.
Rəsmi bilgilərə görə, inkubasiya nəticəsində əldə olunacaq barama qurdları 25 rayona paylanılıb.