Prezident AXC abidəsinə əklil qoydu

İ.Əliyev

Bu gün, mayın 26-sı səhər saatlarında prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

AZƏRTAC xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.

99 il bundan öncə mayın 28-i Şərqdə ilk demokratik ölkə kimi dəyərləndirilən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub.

Cəmi 23 ay hökm sürən AXC-yə 1920-ci il aprelin 28-də Rusiyadan gələn XI Qızıl Ordunun işğalı ilə son qoyulub.