Respublika Günü şərəfinə ziyafət

İ.Əliyev

Bu gün, mayın 26-sı «Buta» Sarayında Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

99 il bundan öncə mayın 28-i Şərqdə ilk demokratik ölkə kimi dəyərləndirilən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub.

Cəmi 23 ay hökm sürən AXC-yə 1920-ci il aprelin 28-də Rusiyadan gələn XI Qızıl Ordunun işğalı ilə son qoyulub.