Prezident platformanı dənizə buraxdı

İ.Əliyev

Bu gün, iyunun 1-də «Şahdəniz-2»dən ötrü inşa olunan platformanın üst tikililəri dənizə yola salınıb. Bu mərasimdə prezident İlham Əliyev də iştirak edib.

«Şahdəniz» yatağının işlənməsi üzrə saziş 1996-cı il iyunun 4-də bağlanılıb.

Səhmdarlar BP (28.8 faiz), TPAO (19 faiz), «Petronas» (15.5 faiz), SOCAR (10 faiz), «LUKoil» (10 faiz), NICO (10 faiz) və SGC (6.7 faiz) şirkətləridir.

«Şahdəniz-2» və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropaya çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarını qazla təmin etməlidir.

«Şahdəniz-1» layihəsində hazırda ildə 9 milyard kubmetr qaz hasil olunduğu bildirilir.

«Şahdəniz 2» layihəsində ümumilikdə illik 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir.

2020-ci ildə «Şahdəniz-2» layihəsi çərçivəsində ilk qaz hasil ediləcəyi bildirilir. Bununla da ölkədə 2020-ci ildə 44.5 milyard kubmetr qaz hasil ediləcək. Bundan əvvəl «Şahdəniz-2»dən ilk qazın 2018-ci ildə alınacağı deyilirdi.