«Xalq Kapital İnvestisiya Şirkəti» QSC-yə investisiya şirkəti fəaliyyətinə lisenziya verilib. Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurası qərar çıxarıb.
Qərara əsasən, şirkət əsas və yardımçı investisiya xidmətləri göstərəcək. O, qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştərilərin sifarişlərini icra edəcək, qiymətli kağızların yerləşdirilməsi və anderraytinqi ilə məşğul olacaq.
Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]
Qiymətli kağızlar bazarında investisiya şirkətlərinin lisenziyalaşdırılmasına 2016-cı ilin əvvəlindən başlanıb. Hazırda bu fəaliyyətlə 6 şirkət məşğuldur.
Bakı Fond Birjasının məlumatına görə, bu ilin 5 ayında investisiya şirkətlərinin renkinqində səhmlər, korporativ istiqrazlar və dövlət qiymətli kağızlarının ticarəti üzrə «UniCapital İŞ» ASC, «Paşa Kapital İŞ» QSC və «AzFinance İŞ» QSC öndə gedirlər.
Buna da bax: Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]
«Xalq Kapital İnvestisiya Şirkəti» QSC 2007-ci ildə yaradılıb. Onun kapitalı 420 min manatdır. 2016-cı ilədək broker və diler fəaliyyəti ilə məşğul olub. Şirkət «Xalqbank» ASC-nin törəmə müəssisəsidir. Səhmdarları üç şirkətdən ibarət olan bu bankın sahibi Leyla Əliyevadır.