ABŞ-ın qoyduğu yeni sanksiyalar bütünlükdə qarşılıqlı münasibətlərə «ciddi risk» yaradır.
Bunu Rusiyanın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların Ukrayna münaqişəsinə bağlı Rusiya vətəndaşları və şirkətlərinə tətbiq etdiyi yeni sanksiyalarla əlaqədar bildirib.
Nazirliyin bəyanatı iyunun 23-də yayılıb. Daha öncə xarici işlər naziri Sergei Lavrov amerikalı həmkarı Rex Tillerson-la telefonla danışıb.
Bu həftənin əvvəlində ABŞ Ukraynada Rusiyanın hərəkətləriylə əlaqəli 38 Rusiya vətəndaşı və şirkətinə sanksiya qoyub.
ABŞ-ın maliyyə naziri Steven Mnuchin deyib ki, məqsəd Rusiyanın diplomatik həllə çalışmasından ötrü təzyiq göstərməkdir.
İyunun 21-də Rusiya Lavrov-un müavini olan Sergei Ryabkov-un Dövlət Departamentinin rəsmisiylə danışıqlarının təxirə salındığını elan edib.