Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Agramunt vəzifəsindən uzaqlaşdırıla bilər. Bu gün - iyunun 27-də Parlament Assambleyasının yay sessiyasında buna imkan verən sənəd qəbul olunub.
İclasda müzakirə edilmiş sənəddə AŞPA-nın prezidenti, vitse-prezidenti və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi üçün qurumun daxili prosedurunda dəyişiklik nəzərdə tutur. Səs çoxluğu ilə həmin dəyişiklik qəbul olunub.
Müzakirədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu addım təşkilatın gələcəyinə hesablanmayıb, sadəcə kimlərisə cəzalandırmağa yönəlib və “əcinnə ovu”na gətirib çıxara bilər.
Buna da bax: Pedro Agramunt səlahiyyətlərindən məhrum edildi
AŞPA rəhbəri Pedro Agramunt və onun keçmiş müavini Luka Volonte qurumda korrupsiya qalmaqalının mərkəzində durur. AŞPA-da korrupsiya iddialarının araşdırılması üzrə müstəqil qrup yaradılıb və hazırda araşdırmalar gedir.
Agramuntun adı həm də Azərbaycan hakimiyyətinin dostları siyahısında hallanır. Tənqidçilər onu Bakı və Moskvanın maraqları üçün lobbiçilikdə ittiham edirlər. Onun keçmiş müavini Luka Volonte-nin Azərbaycan nümayəndələrindən pul almasına dair ittihamlar isə İtaliya məhkəməsində araşdırılır.
Buna da bax: Agramunt 'yoxa çıxıb'
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuş, hazırda isə müxalif Milli Şuranın üzvü Gültəkin Hacıbəyli deyir ki, Pedro Agramuntun vəzifədən uzaqlaşdırılması rəsmi Bakının qurumda öz dayağını itirməsi demək olardı.