Bakının “Şıx” çimərliyi və Qaradağ rayonundakı “Sahil” çimərliyi bakterioloji çirklənməyə məruz qalıb.
Ölkə ərazisindəki çimərliklərdə dəniz sularının çirklənməsi ilə bağlı növbəti monitorinqin nəticələrini açıqlayan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatında belə deyilir.
Buna da bax: 'İndi çimərliklər o vəziyyətdədirlər ki, turistlər qorxa bilər' – Media icmalı
“Ancaq iki çimərlikdə dəniz suyunda bakterioloji çirklənmə aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, Bakının “Şıx” çimərliyi və Qaradağ rayonunun “Sahil” çimərliyində bakterioloji çirklənmə aşkar edilib. Mərkəzin qərarı ilə həmin çimərliklərdə dəniz suyundan istifadə qadağan edilib”, - RGEM bildirir.
Məlumatda həmçinin Sahil və Şıx çimərlikləri boyunca istirahət mərkəzlərində istirahətin təhlükəsiz, dəniz suyundan istifadənin isə təhlükəli olduğunu bəyan edilir.
Mərkəz digər çimərliklərdə durumun normal olduğunu bildirir.