SOCAR bu il 1 milyarddan çox kredit götürüb

SOCAR

SOCAR-a daxil olan şirkətlər 2017-ci ildə yerli və xarici banklardan ayrı-ayrılıqda 798 mln. manat (457 mln. dollar), 186 mln. manat (101 mln. avro) və 254 mln. manat (368 mln. lari) məbləğində yeni uzunmüddətli kreditlər alıb. Bu haqda SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında deyilir.

Bundan başqa, SOCAR yerli bankdan 140 mln. manat (82 mln. dollar) məbləğində qısamüddətli kredit götürüb.

Beləliklə, SOCAR-a daxil olan şirkətlər təkcə bu il ümumilikdə 1.378 mlrd. manat məbləğində kredit cəlb ediblər.

2016-cı ilin yayında çıxış edən SOCAR rəsmisi, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov hazırda qurumun konsolidə olunmuş 6.3 milyard dollar, manat ekvivalentində 9.4 milyard manat borcu olduğunu bildirib. Layihələrin icrası üçün cəlb olunmuş borcların çoxu dövlət zəmanətlidir və hissə-hissə qaytarılacaq.