Ombudsman Aparatı Milli Preventiv Qrupunun üzvləri 2 saylı cəzaçəkmə müəssisəsində olublar.
Qurumun yaydığı məlumata görə, həmin müəssisədə bir çox məhkum, o cümlədən İlqar Məmmədov, Qiyas İbrahimov konfidensial qaydada qəbul edilərək dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər araşdırılıb.
Məlumatda deyilir ki, Qiyas İbrahimov müəssisəyə gətirildiyi zaman ona qarşı kobud rəftara yol verildiyini bildirib.
Buna da bax: Məhkəmə Qiyas İbrahimovun şikayətini rədd edib
MPQ üzvləri işgəncə barədə deyilənləri nə təkzib, nə də təsdiq edirlər. Sadəcə, başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacağını bildirirlər.
Bir də yada salınır ki, Q.İbrahimov hələ istintaq təcridxanasında saxlandığı dövrdə MPQ üzvləri tərəfindən qəbul olunub, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa müraciətlər edilib.
Ötən həftə Qiyas İbrahimovun anası Şura Əmiraslanova və vəkili Elçin Sadıqov onun saxlandığı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığını bəyan ediblər. Penitensiar Xidmətsə deyilənləri təkzib edib.
Buna da bax: Qiyas İbrahimovun vəkili baş prokurora müraciət edib
XATIRLATMA
Qiyas İbrahimov 2016-cı ilin mayın 10-da saxlanılıb. Daxili İşlər Nazirliyi hər iki ictimai fəalın evindən 1 kiloqramdan çox narkotik vasitə olan heroin tapıldığını bildirib.
Gənclər isə narkotik ittihamını qəbul etməyərək keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək” şüarı yazdıqlarına görə tutulduqlarını bildiriblər.
Hər iki müttəhim məhkəmədə saxlandıqları vaxt işgəncəyə məruz qalmaları barədə açıqlama veriblər.
Gənc fəallar 10 il azadlıqdan məhrum ediliblər.