İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının təqdimat mərasimi keçirilib.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, mərasim Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının (GAAŞ) təşkilatçılığı və dəstəyi ilə baş tutub.
Poemanı gürcü dilinə Oqtay Kazımov çevirib.
Buna da bax: Şəhriyarın "Seçilmiş əsərləri" latın əlifbasında
Təqdimat mərasiminə qatılanlar-Tbilisi Dövlət Universitetinin və Təbriz Universitetinin təmsilçiləri, İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları M. Şəhriyarın həyat və yaradıcılığı haqqında danışıblar.
Tədbirdə Azərbaycan, Gürcüstan və İran ictimaiyyətinin nümayəndələri, görkəmli ədəbiyyatşünaslar, ictimai birliklərin üzvləri və ziyalılar iştirak ediblər.
Azərbaycanlı və gürcü tələbələr poemadan parçaları Azərbaycan, gürcü və fars dillərində söyləyiblər. Sonda “Heydərbabaya salam” poemasından bir parça M. Şəhriyarın öz dilindən səsləndirilib.