“Şahdəniz” yatağında hasilatın dayandırıldığı bildirilir.
“BP-Azerbaijan” şirkətinin məlumatında vurğulanır ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən qaz-kondensat yatağında profilaktik işlər həyata keçirilir. İllik proqramın bir hissəsi olan profilaktik işlər “Şahdəniz Mərhələ 1” (Alfa) platformasında, Səngəçal terminalındakı "Şahdəniz" qurğularında və Cənubi Qafqaz Kəməri (CQK) sistemini əhatə edir.
Buna da bax: Gürcüstan 'Şahdəniz Mərhələ 2'ni seçir [video]
“Şahdəniz” platformasında hasilat avqust ayının 14-dən dayandırılıb. Bu prosesin bundan sonra təxminən 14 gün ərzində davam edəcəyi bildirilir.
“BP-Azerbaijan” bildirir ki, belə proqramlar normal əməliyyatların bir hissəsidir.
Xatırlatma
«Şahdəniz» yatağının işlənməsi üzrə saziş 1996-cı il iyunun 4-də bağlanılıb.
Səhmdarlar BP (28.8 faiz), TPAO (19 faiz), «Petronas» (15.5 faiz), SOCAR (10 faiz), «LUKoil» (10 faiz), NICO (10 faiz) və SGC (6.7 faiz) şirkətləridir.
«Şahdəniz-1» layihəsində hazırda ildə 9 milyard kubmetr qaz hasil olunduğu bildirilir.
«Şahdəniz 2» layihəsində isə ümumilikdə illik 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. 2020-ci ildə «Şahdəniz-2» layihəsi çərçivəsində ilk qazın hasil ediləcəyi bildirilir.