Azərbaycanın dövlət neft şirkəti olan SOCAR BP ilə yeni hasilatın pay bölgüsü üzrə sazişdə payını iki dəfədən çox artırmağı planlaşdırır.
Bu barədə sentyabrın 14-də jurnalistlərə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Xəbəri “Reuters” informasiya agentliyi yayıb.
Yusifzadənin sözlərinə görə, yeni razılaşmanın layihəsində SOCAR-n payının 11,65-dən 25 faizə qaldırılması nəzərdə tutulur.
Buna da bax: Ekspert: ‘Reytinqin endirilməsi SOCAR-ın borclarını artıracaq’
Konsorsiumdakı səhmdarlar BP, SOCAR, Chevron, Inpex, Statoil, ExxonMobil, Turkish Petroleum, Itochu və ONGC Videsh-dir.
Sentyabrın 14-də Bakıda “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanma mərasimi keçirilir.