Con Mekkeyn: “Mehman Əliyevin üzəridnən bütün ittihamları götürün”
ABŞ-senatoru Con Makkeyn Azərbaycan hakimiyyətini “Turan”İnformasiya Agentliyinin ( İA) direktoru Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə səsləyib.
“Mehman Əliyevin azad olunması düzgün addım idi. Ancaq Azərbaycan hakimiyyəti onun, habelə düzgün həbs olunmayanların üzərindən bütün ittihamlatı götürməlidir”. C.Makkeyn öz “tvitter” səhifəsində yazıb.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları “siyasi motivli” adlandırıb.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.
Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.
Sentyabrın 11-də Mehman Əliyev haqqında həbs qəti imkan tədbiri ləğv edilib, o sərbəst buraxılıb.
Sentyabrın 15-i isə bəlli olub ki, “Turan” agentliyi ilə bağlı vergi sanksyası götürülüb.
Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" İnformasiya Agentliyinətəyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib və bununla bağlı agentliyə rəsmi məktubla məlumat verib.
Məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərara söykənərək bu il avqustun 7-də Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti "Turan" İA-ya qarşı cinayət işinə başlamışdı.