REAL qurultaya yer istəyir

REAL

REAL Hərəkatı qurultay keçirməyə yer ayrılmasından ötrü əlaqədar qurumlara müraciət edib. Qurultayda hərəkatın partiyaya çevriləcəyi bildirilir.

Bu haqda hərəkatın məlumatında yazılır.

Məlumata görə, hərəkat Bakı şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət edib.

Buna da bax:​ REAL Hərəkatı partiyaya çevrilir

Müraciətdə bildirilir ki, oktyabrın 29-da Respublikaçı Alternativ Partiyasının təsis qurultayını keçirmək niyyətindədir. Təşəbbüs qrupunun müraciətində dövlət qurumlarından xahiş edilir ki, 3 məkandan biri - S.Bəhlulzadə adına Mədəniyyət Sarayı, Təbriz Kinoteatrı və ya Bakı Kinoteatrı qurultaydan ötrü bir günlüyə hərəkatın istifadəsinə ayrılsın.

Xatırlatma

Sentyabrın 24-də REAL Hərəkatının rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə Təşəbbüs Qrupunun toplantısı olub. Həmin toplantıda hərəkatın partiyaya çevrilməsinə qərar verilib.

Buna da bax: Vəkili İlqar Məmmədovla görüşə bilməyib

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəməmin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.