Avstriyanın öz araşdırmaları ilə tanınan Dossier media qurumu Rasim.A adlı azərbaycanlı biznesmendən yazıb.
21 noyabrda çap olunan araşdırmada deyilir ki, Vyanada Qızıl Məhəllədə onun italyan geyimləri mağazasında bir qolsuz köynək 1760 avro, kişi kostyumu 50 min avrodur.
Dossier yazır ki, 37 yaşlı Rasim A. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (OCCRP) bu ilin sentyabrında açıqladığı və Azərbaycanın 2,5 milyard avro pulunun xaricə ötürülməsindən , Avropa siyasətçilərini ələ alınmasından bəhs edən “Azərbaycanın Pulyuyan maşını” hesabatında mərkəzi fiqurdur.
Dossier-nin araşdırmasına görə, həmin o pulyuma əməliyyatının həm əvvəlində, həm də axırında Rasim A. durur.
Araşdırmada deyilir ki, Bakıda xırda şirkətin yaradıcısı olan Rasim A. Azərbaycanın sözü gedən pullarının yarıdan çoxunu Baktelekom MMC vasitəsilə ötürüb.
Kimdir Rasim A.?
Dossier onun adını tam yazmır. Ancaq xatırlamaq olar ki, Dossier-in istinad etdiyi OCCRP-in və eləcə də AzadlıqRadiosu-nun bu ilin aprelində açıqlanan araşdırmasında deyilirdi ki, “prokurorların bildirdiyinə görə,Baktelekom MMC ən azı bir şirkətin - Hilux Servise LP-nin hesabına 1 milyard avro köçürüb”.
Yenə həmin araşdırmada deyilirdi:
“Baktelekom MMC-ni 2012-ci il yanvarın 26-da Rasim Əsədov yaradıb. Rasim Əsədov Azərbaycanın müstəqilliyinin ilk dövründə daxili işlər naziri olmuş Məhəmməd Əsədovun oğludur. Məhəmməd Əsədov 1991-ci ildə Dağlıq Qarabağda vertolyot qəzasında həlak olan 22 nəfərdən biri idi.”
“Rasim Əsədov yüksək brend geyimlərinin satışı ilə məşğul olan şirkət sahibidir”.
Dossier-in yazdıqlarına Rasim A.-nın özü və ya təmsilçiləri hələ reaksiya verməyiblər. Əgər cavab verilsə, əlavə məlumatla sizi tanış edəcəyik.
YENİ PREZİDENTİN ÖZÜ SANKSİYA ALTINDADIR
Cümə günü Zimbabvenin yeni prezidenti kimi and içməli Emmerson Mnangagva özü ABŞ sanskiyaları altındadır. Bunu Reuters yazır.
Robert Mugabenin prezidentliyi dövründə müxtəlif məsul vəzifələr tutan və vitse-prezidentliyə qədər yüksələn Mnangagva elə Mugabe dövründəki fəaliyyətinə görə sanksiyaların hədəfindədir.
Mnagagva 2008-ci ildə prezident seçkiləri vaxtı opponentləri zorakılıqla əzməkdə ittiham olunurdu.
ABŞ sanskiyaları Mnangagvadan başqa Robert Mugabenin özünü, onun xanımını və Mugabe hökumətinin 100 rəsmisini hədəfə alıb. Onlar ABŞ-a gedə bilməz və onların ABŞ-da bank hesabı ola bilməz.
2017