Türkmənistanın avtoritar prezidenti Gurbanguly Berdymukhammedov oğlunu Ahal regionunun qubernator müavini təyin edib.
37 yaşlı Serdar Berdymukhammedov-un təyinatı barədə yanvarın 2-də hökumətin saytında qısa açıqlama yerləşdirilib.
Təxminən bir il öncə isə prezident yeganə oğlunu xarici işlər nazirinin müavini qoymuşdu.
Ahal regionu İran və Əfqanıstanla sərhəddə yerləşir. Paytaxtı Aneu ölkə paytaxtı Aşqabadın cəmi 8 kilometrliyində yerləşir.
Serdar Berdymukhamedov bu vəzifəylə yanaşı 2016-cı ildən parlamentdə tutduğu yerini də saxlayacaq, ancaq xarici işlər nazirinin müavini postundan istefa verəcək.
Ötən ilin martında vəzifəyə gətiriləndə prezident oğluna artıq ali postun varisi kimi baxılmağa başlandı.
Deputatlıqdan öncə Serdar Berdymukhammedov Xarici İşlər Nazirliyinin informasiya departamentinin rəhbəri idi.
61 yaşlı Gurbanguly Berdymukhammedov sələfi Saparmurat Niyazov 2006-cı ilin dekabrından vəfat edəndən ölkəyə rəhbərlik edir.
Tənqidçilər onun hakimiyyətə gələndən sonra narazıları susdurduğunu, azacıq dəyişikliklərdən sonra daha çox məhdudiyyətlər tətbiq etdiyini bildirirlər.
Prezident Berdymukhammedov-un üç qızı və dörd nəvəsi var.