Rusiyada 18 yaşınadək uşaqların 26 faizi gəlirləri yaşayış minimumundan az ailələrdə yaşayır. Bu haqda RBK nəşri Rusiya statistika idarəsinin tədqiqatına əsasən yazır.
Ən çox şəhərlərdə deyil, kəndlərdə yaşayan uşaqların yoxsulluqla üzləşdiyi bildirilir. 2017-ci ilin nəticələrinə görə, kənd uşaqlarının 45 faizi azgəlirli ailələrdə yaşayır. Digər qrup isə çoxuşaqlı ailələrin övladlarıdır. Onların yarıdan çoxu – 52,2 faizi kasıblıq içində böyüyür.
Ümumilikdə isə Rusiyada yoxsulluq həddində yaşayan ailələrin 80 faizə yaxını uşaqlı ailələrdir.
Uşaq yoxsulluğunun həddi 2015-ci ildə kəskin artıb, 2014-cü ildəki 20,7%-dən 27,4%-ə yüksəlib. O vaxtdan bu göstərici tədricən düşür.
Ötən il yoxsulluq içində yaşayan uşaqların sayı isə 2020-ci ilin yayında bəlli olacaq.