Mehriban Əliyevaya 'Dostluq' ordeni verilib

M.Əliyeva

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının «Dostluq» ordeni ilə təltif olunub.

Bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman verib.

AZƏRTAC-ın xəbərinə görə, M.Əliyeva bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.

M.Əliyeva Azərbaycan prezidentinin həyat yoldaşıdır. 2017-ci il fevralın 21-də ölkə başçısı onu birinci vitse-prezident təyin edib. Bu təyinata 2016-cı ilin sentyabrında keçirilən referendumla Konstitusiyada edilən dəyişikliklər imkan verib.

Bu təyinatı Azərbaycan müxalifəti tənqid edib. Onların fikrincə, Azərbaycanda ailə hakimiyyəti qurulub. Hakimiyyət isə baş verənləri islahatlar kimi təqdim edib. Onların fikrincə, vitse-prezidentlik institutunun yaradılması ölkənin daha çevik idarə edilməsinə və təhlükəsizliyinə şərait yaradıb.