AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Gürcüstanda müxalif Rustavi-2 telekanalının keçmiş baş direktoru Nika Gvaramia deyib ki, “Baş kanal” adlı yeni teleşirkət açır.
Gvaramia Rusitavi-2 telekanalının keçmiş sahibi, biznesmen Kibar Khalvasi-yə qaytarılması barədə məhkəmə qərarından sonra vəzifəsindən azad edilmişdi.
Gvaramia yeni telekanala ilk növbədə Rustavi-2 telekanalının Post Scriptum verilişinin keçmiş aparıcısı Giorgi Gabunianı dəvət edib.
Giorgi Gabunia canlı efirdə Rusiya prezidenti Vladimir Putini ağır söyüşlərlə təhqir etmişdi.
Bunun ardınca jurnalisti efirdən məhrum etmişdilər və o məzuniyyətə getdiyini bildirmişdi.
Lakin avqustun 21-də məlum olmuşdu ki, Rustavi-2 telekanalının yeni rəhbərliyi Gabunianı, habelə kanalın xəbər redaksiyasının rəhbəri Nodar Meladzeni vəzifələrindən kənarlaşdırıb.
Bundan başqa həmin redaksiyanın onlarca işçisi də vəzifələrindən uzaqlaşdırılmışdı.
Rusitavi-2 kanalının yeni rəhbərliyi bu addımını Putinin təhqir olunması ilə əlaqələndirməyib.
Son məlumata görə Rusavi-2 telekanalının xəbər redaksiyasının bütün jurnalistləri istefa veriblər.
Hazırda son 25 ildə ilk dəfə olaraq Rusitavi-2 kanalında xəbər proqramları efirə çıxmır.
***
Gürcüstanın Rustavi-2 televiziyası jurnalistlərinin əksəriyyəti həmkarlarından bir neçəsini işdən çıxarmasına etiraz olaraq işdən gedib.
Jurnalastlər qərarı avqustun 21-də açıqlayıblar. Bundan bir gün öncə isə yeni baş direktor Paata Salia beş aparıcı müxbir və aparıcını işdən çıxarıb.
Vaxtilə Gürcüstanın əsas müxalifət telekanalı olan Rustavi-2-nin yeni sahibi Kibar Khalvashi bir neçə gün qabaq media orqanını satmaq niyyətini açıqlamışdı.
Khalvashi avqustun 12-də deyib ki, Rustavi-2 borclarına görə “fəlakətli” maliyyə durumundadır və buna görə əvvəlki director Nika Gvaramia-nı suçlayıb.
Buna da bax: DTK zabiti prezident müşaviri olur, Putini söyən işdən qovulurTəxminən bir ay qabaq isə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstan Ali Məhkəməsinin 2017-ci il mart qərarını qüvvədə saxlayıb. Məhkəmə qərarıyla Rustavi- 2 üzərində indiki hökumətə yaxın Khalvashi-nin sahibliyi bərpa olunub.
AİHM-nin qərarından sonra Gürcüstanın İctimai Reyestri Rustavi 2-ni Khalvashi-yə qaytardı, o isə dərhal Gvaramia-nı işdən çıxardı.
Tənqidçilərin fikrincə, Khalvashi-nin telekanalda elədikləri administrasiyanın gələn ilə planlaşdırılan parlament seçkiləri öncəsi mediada siyasi narazılığı boğmaq cəhdidir.
Ancaq Khalvashi vaxtilə müxalifətdə olmuş telekanalı siyasi və maliyyə baxımından müstəqil edəcəyini deyir.