Estoniyadakı Danske Bank-ın itkin düşmüş keçmiş başçısı ölü tapılıb. O, Rusiya pulunun da daxil olduğu 200 milyard avroluq (200 milyard dollar) pulyuma qalmaqalının mərkəzində idi.
Estoniya polisi 56 yaşlı Aivar Rehe-nin ölüsünün sentyabrın 25-də tapıldığını bildirir. Keçmiş bankir iki gün öncə Tallindəki evinin yaxınlığında meşədə itkin düşmüşdü.
Azərbaycanla Gürcüstanın da adı çəkilir
Rehe 2006-2015-ci illərdə Danske Bank-ın Estoniyadakı əməliyyatlarına başçılıq edib. Filialda irimiqyaslı pulyuma da həmin dövrdə baş verib. O, milyardlarla dolların qanunsuz yuyulmasında şahid idi. Pulun böyük hissəsi Rusiyadan gedib. Mexanizmə Rusiyada təcridxanada ölmüş vəkil Sergei Magnitsky işi ilə əlaqədar pul da daxil olub.
Buna da bax: Danske Bankın keçmiş rəhbərinə qarşı cinayət işi açıldığı xəbər verilirMagnitsky-ni işə götürmüş Hermitage Capital-ın rəhbəri Bill Browder 2018-ci ildə Danske-yə qarşı məhkəmə iddiası qaldırıb, Estoniya filialını Magnitsky-nin ifşa etdiyi, Rusiyanın çirkli pulyuma sxemində əsas iştirakçı olmaqda suçlayıb.
Magnitsky 11 ay məhkəməsiz həbsdə qalandan sonra dünyasını dəyişib.
Hazırda bu iş üzrə Danske Bank-ın Estoniya filialının 10 keçmiş əməkdaşı ilə əlaqədar təhqiqat aparılır. Keçmiş sovet respublikalarından Azərbaycanla Gürcüstanın da adı bu işdə çəkilir.
2018-ci ilin sentyabrında Danske Bank-ın direktoru Thomas Borgen qalmaqalla bağlı istefa verdi. Ona mayda qanunsuz əməliyyatlarda iştirakla əlaqədar ittiham irəli sürülüb.
Bu ayın əvvəlində isə təhqiqata nəzarət edən, Danimarkanın iqtisadi və beynəlxalq cinayətkarlıq üzrə dövlət ittihamçısı Morten Niels Jakobsen qeyri-müəyyən müddətə işdən kənarlaşdırılıb.
Bu qalmaqal Fransada, Birləşmiş Ştatlarda da böyük cinayət işlərinin açılmasına səbəb olub.