İyulda razılaşdırılmamış yürüş zamanı polis əməkdaşını hücumla hədələməkdə suçlanan etirazçı Rusiyadan çıxıb.
Aidar Gubaidullin-in vəkili Maksim Pashkov oktyabrın 17-də Telegram-da yazıb ki, etirazçı ölkədən çıxıb, ancaq hansı ölkəyə getdiyini açıqlaya bilməz.
Gubaidullin avqustun 9-da saxlanıb. Ona ilkin olaraq kütləvi iğtişaşda iştirak ittihamı irəli sürülmüşdü. Rusiya İstintaq Komitəsi iyulun 27-də hakimiyyətlə razılaşdırılmamış yürüş zamanı iğtişaş baş verdiyini deyirdi. Etirazlar isə müstəqil və müxalifət namizədlərinin sentyabrın 8-də Moskva Dumasına seçkiyə buraxılmamasına qarşı keçirilirdi.
İttiham iki dəfə dəyişdirilib
İttiham daha sonra dəyişdirildi, etirazçının polis əməkdaşına plastik butulka ilə hücum etdiyi bildirilir. Oktyabrın 15-də isə ittihama yenə dəyişiklik olundu, etirazçının hüquq mühafizə əməkdaşını hücumla hədələdiyi iddia olundu.
Buna da bax: Xarici media Rusiyanın daxili işlərinə qarışmaqda günahlandırılır25 yaşlı proqramçı sentyabrın 18-də buraxılsa da, onun məhkəmə getdiyi müddətdə Moskvadan çıxmaması əmr olunub.
Moskvada mənzillənən Memorial insan haqları qrupu Gubaidullin və iş üzrə saxlanan digər fəalları siyasi məhbuslar kimi tanıyıb.
Yayda bir sıra namizədlərin seçkiyə buraxılmamasına icazəli və icazəsiz etiraz aksiyaları keçirilib. Onlarla etirazçı hakimiyyətlə razılaşdırılmamış yürüşlərin təşkili, yaxud onda iştiraka görə ya cərimələnib, ya da həbs cəzası alıb.
Güc strukturları yürüşləri sərtliklə dağıtdığına görə tənqid olunub. Elə ədliyyə sistemi də oxşar sərt yanaşma tutub.
Bir neçə fəal polisə hücumda təqsirli bilinərək sərt cəzalara məhkum edilib. Bir işlə bağlı ictimaiyyətin kəskin reaksiyasından sonra həbs cəzası şərti cəzayla əvəzlənib.