Koronavirusla bağlı rəsmi açıqlama

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərdə virus tapılmayıb

Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkədə koronavirus təhlükəsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, sosial şəbəkələrdə koronovirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir: «Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur».

Məlumatda bildirilib ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayrılmış dövlət tibb müəssisələrinə yerləşdirilir, hazırda isə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2,6 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İran İslam Respublikasında bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır. Artıq bəzi ölkələr İranla sərhədi bağlayıb. Azərbaycanda isə İranla sərhəddə nəzarətin gücləndirildiyi qeyd edilsə də, hələlik, rəsmi şəkildə bu addımın atıldığı söylənmir.