‘Sosial təcrid’ deyil, ‘fiziki təcrid’

Macarıstanda növbətə duranlar məsafə saxlayırlar

Koronavirus pandemiyası ilə mübarizədə hökumətlər, media təşkilatları, mem yaradanlar “sosial təcrid” terminini qəbul edərək geniş işlədirlər.

Ancaq Şimal-Şərq Federal Universitetində siyasi elmlər və ictimai siyasət üzrə professor Daniel Aldrich bu terminin yanıldıcı olmasından narahatdır.

Dünya Səhiyyə Təşkilatı (DST) da eyni qənaətə gəlib. Ötən həftədən qurum Aldrich-in üstünlük verdiyi “fiziki təcrid” terminini işlətməyə başlayıb.

Aldrich deyir ki, koronavirusun yayılmasını səngitməyi hədəfləyən addımlar sosial əlaqələri gücləndirməyə, eyni zamanda fiziki məsafə saxlamağa həvəsləndirməlidir.

Buna da bax: Koronavirusun dərmanı nə vaxt olacaq?

“Bu sosial əlaqələr fəlakətlərdən keçməyin vacib elementidir”, – Aldrich deyib. Professor cəmiyyətlərin müharibə, təbii fəlakət, pandemiya kimi böyük sarsıntılar dövrlərində necə dirəniş göstərdiyini araşdırır.

Ötən həftədən DST də müstəqil olaraq “fiziki təcrid” terminini işlətməyə başlayıb.

***

Özümüzü koronavirusdan necə qoruyaq

Avropa Xəstəliyə Nəzarət Mərkəzi də koronovirusdan qorunmağın yolları haqda informasiya yayıb.

Qurum COVID-19 infeksiyasının daha çox yaşlılara, yüksək təzyiq, diabet, ürək-damar, xroniki respirator xəstəliyi olanlara və xərçəng xəstələrinə təhlükə yaratdığını bildirir.

Uşaqlar bu xəstəliyə nisbətən az və daha yumşaq şəkildə tutulurlar. Məsələn, Çində aparılan böyük bir araşdırma göstərdi ki, xəstəliyə tutulanların 2 faizindən azacıq çoxunun yaşı 18-dən az idi. Onlardan isə 3 faizdən də azında xəstəlik özünü kəskin şəkildə göstərib.

Adi qrip peyvəndi bu virusdan qorumur

Hazırda insan koronoviruslarına qarşı heç bir vaksin mövcud deyil, eləcə də COVID-19 virusuna qarşı. Buna görə də infeksiyanın daha da yayılmasını önləmək vacibdir. Hazırda bir sıra dərman şirkətləri vaksin üzərində işləyir. Ancaq hər hansı vaksinin geniş tətbiqi aylar, hətta illər çəkə bilər.

Qrip və COVID-19 xəstəliyini törədən viruslar fərqləndiyindən mövsümi qripə qarşı vaksin COVID-19-dan qorumur.

Koronavirusların bir çox növləri başqa heyvanlara və adamlara keçə bilir. Evdə saxlanan it, pişiyin insanlara infeksiya riski yaratmasına isə dəlil yoxdur. Amma adi ehtiyat tədbiri kimi heyvanlarla təmas zamanı əsas gigiyena qaydalarına əməl olunmalıdır.

Bu epidemiyanın nə qədər çəkəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bir yeni virusla üzləşmişik, bir çox qeyri-müəyyənliklər qalmaqdadır. Məsələn, yayda qriplə bağlı olduğu kimi, bu virusun yayılmasının dayanacağı belə bəlli deyil.

***

Dünya Səhiyyə Təşkilatı koronavirusun simptomları, özümüzü bu virusdan necə qorumalı olduğumuz haqda informasiya yayıb.

Qurum bildirir ki, sadə ehtiyat tədbirləri görməklə COVID-19-a yoluxmanı, yaxud onun yayılmasını önləmək mümkündür.

Birincisi, əlləri tez-tez spirtli vasitələr, yaxud su və sabunla yaxşıca yumaq lazımdır. Çünki spirt, eləcə də sabun və su virusları öldürür.

Sizin brauzer HTML5-i dəstəkləmir

Koronavirus: Stresslə necə mübarizə aparmalı

Azı 1 metr məsafə, salfet

Öskürən, yaxud asqıran şəxslərdən azı 1 metr uzaq durmaq lazımdır. Çünki kimsə öskürəndə, yaxud asqıranda burnundan, ağzından çıxan damcılarda virus ola bilər. Çox yaxınsızsa, həmin hissəciklər sizin nəfəs yolunuza düşə bilər.

Əllərinizə, burnunuza və ağzınıza toxunmamağa çalışın. Axı, əllərimizlə bir çox səthlərə dəyirik, virus qapa bilərik. Çirklənmiş əllə gözlərə, burun və ağıza toxunanda virus bədənimizə keçə, bizi xəstələndirə bilər.

Özünüz və ətrafınızdakıların yaxşı respirator vasitələrdən istifadə etməsinə çalışın. Öskürəndə, yaxud asqıranda ağız-burnunuzu dirsəyinizin iç tərəfi, salfetlə tutun. Salfeti dərhal zibil qabına atın. Bu halda ətrafınızdakıları soyuqdəymə, qrup, yaxud COVID-19 kimi viruslardan qorumuş olursunuz.

Özünüzün yaxşı hiss etmirsinizsə, evdə qalın. Qızdırma, öskürəyiniz varsa, çətin nəfəs alırsınızsa, həkimə müraciət edin, öncədən zəng edib. Yerli səhiyyə orqanının təlimatlarına əməl edin.

Sizin brauzer HTML5-i dəstəkləmir

Pandemiya dövründə uşaqları stressdən qorumaq üçün məsləhətlər

Qaynar nöqtələrə getməyin

COVID-19-un yayıldığı qaynar nöqtələrlə bağlı informasiya əldə edin. Mümkündürsə, həmin yerlərə getməyin, özəlliklə də yaşlısısınızsa, diabet, ürək, yaxud ağciyər xəstəliyiniz varsa. Çünki həmin ərazilərdə COVID-19-a yoluxma şansınız yüksəkdir.

COVID-19-un geniş yayılmış simptomlarına gəlincə, bunlar qızdırma, yorğunluq, quru öskürəkdir. Bəzi xəstələrdə ağrılar, burun tutulması, burun axması, boğazda qaşınma, ishal ola bilər. Bu simptomlar adətən yumşaq olur, tədricən başlayır. Bəzi adamlar yoluxsalar da, simptomları üzə çıxmır, özlərini yaxşı hiss edirlər. Virusa yoluxanların təxminən 80 faizi xüsusi müalicə almadan sağalır.

Yeni koronavirusa yoluxan hər 6 nəfərdən birinin vəziyyəti ağırlaşır, çətin nəfəs alır. Yaşlılar, xüsusilə yüksək qan təzyiqi, ürək problemi, yaxud şəkər xəstəliyi olanlarda xəstəliyin ağırlaşması riski böyükdür. Qızdırması, öskürəyi olanlar, çətin nəfəs alanlar həkimə müraciət etməlidirlər.